Hacıqabulda polis əməliyyatı: narkotik satanlar saxlanılıb

img

04-02-2020 [11:45]


Hacıqabul polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Hacıqabul polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Belə ki, üzərində narkotik vasitə saxlaması ehtimalının olması ilə əlaqədar rayon sakini, 1988-ci il təvəllüdlü Cəfərov İbrahim Xəqani oğlu saxlanılaraq polis şöbəsinə aparılıb. Onun üzərinə baxış keçirilən zaman ondan satış üçün nəzərdə tutulan narkotik vasitələr olan qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyatın davamı olaraq adı çəkilən şəxsə narkotik vasitə olan qurudulmuş marixuananı 45 manata satan Sabirabad rayonu Yaxa Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Əsədov Əyyub Əfrasiyab oğlu saxlanılıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan müxtəlif çəki və bükümlərdə satış üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki şəxs polis tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR