AzTV-nin keçmiş sədr müavini vəfat etdi

img

04-02-2020 [09:59]


Azərbaycan Televiziya və Radio Verilişlləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini, tanınmış telejurnalist Cavanşir Cahangirov dünyasını dəyişib.

O, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan “Çay dəstgahı” verilişinin müəllifi və aparıcısı kimi tanınıb.

1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı./ APA


Digər xəbərlər
SON XƏBƏRLƏR