ABŞ-ın Azərbaycandakı səfirliyi viza almaq istəyənləri xəbərdar edib

img

03-02-2020 [14:25]


ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciət edənləri koronavirusla bağlı xəbərdar edib.

Mia.az xəbər verir ki, səfirliyin “Facebook” səhifəsində yerləşdirilən açıqlamada qeyd olunur:

“ABŞ prezidentin rəsmi müraciətinə əsasən, qeyri-ABŞ vətəndaşları və ABŞ-da yaşayış hüququna malik olmayan şəxslərın Çinə səfər etdikləri son gündən növbəti 14 gün ərzində ABŞ ərazisinə səfərləri dəyandırılır. Bu qayda Honkonq və Makaoya səfərdə olan şəxslərə şamil edilmir. Əgər siz Çində yaşayır, yaxınlarda Çinə səfər etmiş və ya ABŞ-a planlaşdırılan səfərinizdən əvvəl Çinə səyahət etmək istəyirsinizsə, ABŞ-a səyahət üçün viza müsahibəsini Çindən gəldikdən ən azı 14 gün sonraya təxirə salmağınızı tövsiyə edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR