"Bandotdel" Bakıda əməliyyat keçirdi - Qətlə görə axtarışda olan şəxs silahla tutuldu

img

03-02-2020 [12:17]


Rusiyada adam öldürən şəxs Azərbaycanda saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumaat görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR