Parlament seçkiləri: MDB müşahidə missiyasının rəhbəri müəyyənləşib

img

03-02-2020 [12:11]


MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində təşkilatın müşahidəçi missiyasının rəhbəri təyin edilib.

Bu barədə “Report” missiya qərargahına istinadən xəbər verir.

MDB müşahidə missiyasının qərargahı Bakıda yanvar ayında yaradılıb. Qərargah üzvləri rəsmilərlə bir sıra görüşlər keçiriblər.

Xatırladaq ki, seçkilərin monitorinqində həmçinin MDB Parlamentlərarası Assambleyasının (PA) nümayəndə heyəti də iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR