Namizəd olmayan deputatlar Milli Məclisdən şəxsi əşyalarını götürüblər - Vidalaşma

img

03-02-2020 [10:53]


Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyini irəli sürməyən deputatlar parlamentlə xudahafizləşir.

Məlumata görə, artıq namizdliyi irəli sürülməyən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.

Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.

Qeyd edək ki, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırki deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR