Daha bir partiyanın səlahiyyətli nümayəndəsinin fəaliyyətinə xitam verilib

img

01-02-2020 [14:44]


Parlament seçkilərində qeydə alınmış Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.

Partiyanın Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı müraciətinə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında baxılıb.

İclasda Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Əli qızı Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR