MSK Ülvi Həsənovla Mehman Hüseynova rəsmi xəbərdarlıq edib - Deputatın şikayətinə görə

img

31-01-2020 [17:35]


MSK bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi, eyni zamanda, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.

Mia.az xəbər verir ki, buna səbəb  həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsnin şikayəti olub.

Bildirilib ki, Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar.

MSK şikayəti səsə qoyaraq, Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərar qəbul edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR