MSK-dan namizədlərə - XƏBƏRDARLIQ

img

31-01-2020 [16:47]


“Deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir: “Seçkiqabağı təşviqat kampaniyası zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”.

M. Pənahov namizədləri ədalətli olmağa çağırıb: “Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməz haldır. Bu qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR