İstanbulda azərbaycanlılar saxlanılıb

img

31-01-2020 [12:37]


İstanbul polisi müxtəlif cinayət əməllərində iştirak etdiyi bildirilən və Rusiya ilə əlaqələri ortaya çıxan cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu gün səhər keçirilən əməliyyat zamanı 1 Rusiya, 3 Ukrayna, 4  Gürcüstan, 8 nəfər  Azərbaycan vətəndaşı saxlanılıb. Şübhəlilərin olduğu evlərdən 11 tapança və bir “AK-47” tipli avtomat silah, 222 güllə aşkar edilərək götürülüb. 

Saxlanılanlar İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR