Allaha əmanət olun, Tofiq Qasımov...
YAZARLAR
30.01.2020, 10:19
Xarici işlər naziri özü iş yerimə zəng edib məni tapdı (o zaman mobil telefon hələ ölkəmizə gəlməmişdi). İrana səfərində jurnalist kimi iştirak etmək istəyib-istəmədiyimi soruşdu. "Xarici pasportum yoxdur" dedim. Dedi: "Vaxta var, həll edə bilərsn".
***
...Səhər obaşdan durub getdim, növbə tutdum. Sənədlərimi verdim. Pasportun hazırlanması bir az zaman aldı. Ancaq çatdıra bildim. XİN əməkdaşları isə tez-tez zəng edib maraqlanırdı; pasport nə oldu deyə. Qərəz, diktafonumu, çantamı, evdə olan-qalan pulumu (60 dollarımı) götürüb nazirin nümayəndə heyətində Tehrana getdim. Bu, mənim ilk, İrana isə ilk və son xarici səfərim idi ( o zamandan sonra bir daha İrana getməməyi özümə söz verdim).
***
Bakıdan uçanda səfər proqramımızda Tehran və Təbriz şəhərlərinin adları vardı.Səfərin ikinci günü İran tərəfinin protokolçuları proqramda Təbrizi Məşhəd şəhəri ilə əvəzləmişdilər. Nazir israr edib bunu dəyişdirdi.
"Ya Tehrandan Təbrizə gedəcəm, ya Bakıya qayıdacam" deyə demarş etmişdi.
O səfərdə mənim üçün ən yaddaqalan Şəhriyarın məqbərəsini ziyarətimiz və Azərbaycanın xarici işlər nazirini Təbriz küçələrində görəndə əlini sıxan, Bakıya salamlar göndərən Azərbaycan türklərinin sevinc göz yaşları idi. Təbrizin ucu-bucağı görünməyən Şəhidlər Xiyabanı isə əbədi bir dərd kimi içimə çökdü; İran-İraq savaşında nə qədər can vermişik! Mən orda - o Şəhidlər Xiyabanında nazirin gizlətməyə çalışdığı, amma gizlədə bilmədiyi göz yaşlarını da gördüm.
***
...Bakıya dönərkən təyyarənin biznes-klassında nazir bizə bilirsiniz nə danışdı! Xarici İşlər Nazirliyinin mühasibatından ona ödənilmiş ezamiyyət haqqının məbləğini dedi, həmin məbləğə toxunmadığını, mühasibata geri verəcəyini, qızlarına, həyat yoldaşına kiçik simvolik hədiyyələri isə öz puluna aldığını əlavə etdi.
***
...Tofiq Qasımovun hər dəfə adı gələndə mən o səfəri və təyyarədəki o söhbəti xatırlayıram. Ağstafada doğulub, Ağdaşda böyümüşdü; sadə, səmimi, tər-təmiz kənd balası, amma həm də böyük alim, siyasi xadim, dövlət xadimi...
O zamankı İttifaqda elmi dairələrdə tanınan, qəbul edilən fizik idi. Rus və ingilis dillərini bilirdi; Sankt-Peterburqda elmi iş müdafiə etmişdi, orda çalışmışdı, Prezident Yeltsin dönəmində Rusiya Dövlət Dumasında rus dilində Azərbaycanın maraqlarının, Qarabağın müdafiəsi üçün ağıllı, prinsipial, qətiyyətli - tək kəlmə ilə desək, mükəmməl çıxışı yadımdadır.
Eləcə də, özü dəqiq elmlər sahəsinin alimi olsa da, Konstitusiya hüququnu, dövlət hüququnu mükəmməl öyrənmişdi. Konstitusiyaya əlavə və dəyişikliklərin, qanunların layihələrini hazırlayırdı. O layihələri parlamentdə elə təqdim edirdi ki, peşəkar hüquqçular da mat qalırdı. O səbəbdən hüquqçunun tutmalı olduğu postu - Dövlət quruculuğu komissiyanın da sədrliyi ona tapşırılmışdı. Azərbaycanın Dövlət Müstəqilliyi bəyannaməsinin və Konstitusiya Aktının müəlliflərindən biri idi.
***
Tofiq bəy çox dərin biliyi, geniş dünyagörüşü, səlis nitqi, dəmir məntiqi ilə seçilən alim və siyasətçi idi. Böyük Vətəndaş və gözəl İnsan idi. Həyatı da, məişəti də çox təvazökar idi; Elmlər Akademiyasında elmi işçi olanda hansı evdə yaşayırdısa, deputat, daha sonra nazir olanda da həmin evdə yaşadı. Vəzifəyə hansı geyimdə, hansı maddi durumda gəlmişdisə, eləcə də, getdi. Elmi işçi olanda da, deputat olanda da, Milli Məclisdə komissiya sədri olanda da, hərəkatda da, hakimiyyətdə də eyni adam idi; öz halal maaşı ilə dolandı. Kimsəyə boyun əymədi, xalqın, dövlətin malına, puluna əl uzatmadı. Canını, ömrünü, sağlamlığını, elmini, biliyini xalq üçün,müstəqil dövlət quruculuğu üçün qoydu.
***
Prezident Əbülfəz Elçibəyin hakimiyyəti devrildikdən sonra o da nazir postundan, daha sonra - 1994-cü ilin mayında Rusiya qoşunlarının Azərbaycana qayıdışı cəhdinə etiraz mitinqində iştirakına görə Milli Məclisin deputatlığından uzaqlaşdırıldı. Hətta "dövlət çevrilişinə cəhd" ittihamı ilə (qondarma cinayət işi üzrə) həbsxana həyatı da yaşadı.
Toriq Qasımov kimi möhkəm iradəsi, daxili konstitusiyası, prinsipial mövqeyi olan adama öz qurduğu dövlətin hüquq-mühafizə orqanları "reaktiv psixoz" diaqnozu qoydu. Ona layiq olmadığı ağrılar, zülmlər yaşatdılar. Ancaq Tofiq bəyin həyatında və düşüncəsində heç nəyi dəyişməyə nail oa bilmədilər. Tofiq Qasımov bir dəyanətli, ləyaqətli insan ömrünün nümunəsi oldu. Həm də faciəli. Çünki öz canından çox sevdiyi Vətənindən, əlləri ilə qurduğu dövlətindən uzaqda - İsveçrədə yaşadı, orada da dünyasını dəyişdi. Mən onun ölüm xəbərini bu gün aldəm. Artıq orda dəfn olunub. Çox üzüldüm. Belə insanlara Vətən qucaq açmalı ikən, əksinə, onu Vətənsiz qoydular. Ömrünün ahıl çağlarında qürbətdə yaşamaq zorunda qaldı. Bu, Tofiq Qasımov kimi ziyalıya, insana, mübariz şəxsiyyətə - millət fədaisinə layiq bir münasibət deyildi.
***
Onun adı gələndə 90-cı illərtin əvvəllərində - hərbi qiyam və dövlət çevrilişi günlərində səslənən bir sual xatırlanır hər zaman: "Axı sən nə istəyirsən, Tofiq Qasımov?!"
O zamandan illər keçdi, Tofiq Qasımovun nə istədiyi də, nələri istəmədiyi də məlum oldu. Öz həyatı və hətta bu gün ölümü ilə də bu suala cavab vermiş oldu. Tofiq Qasımov azad vətəndaş, varlı ölkə, xoşbəxt cəmiyyət, demokratik dövlət istəyirdi. Daha nə istəsin ki?!
Allaha əmanət olun, Tofiq Qasımov. Köhnə kişi, Böyük kişi!
Mübarizəsinə, Əqidəsinə və Ruhuna böyük ehtiramla; Bahəddin Həziyev
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə futbolu son 30 ildə "çirkin üsullar"la idarə olunub: "Mən istefa vermirəm, verməyəcəm..."
Bugün, 00:36 İDMAN
-
"Qalatasaray"ın futbolçusu yığmadan gedir? - Açıqlama
Bugün, 00:28 İDMAN
-
"ƏGƏR BİRİNİN 112 NÜVƏ SİLAHI VARSA..." - Tramp Şimali Koreya lideri Kim Çen In və İrana yeni mesaj verdi
Bugün, 00:14 GÜNDƏM
-
Serdal Adalı yenidən "Beşiktaş" prezidenti seçildi
Bugün, 00:08 İDMAN
-
90-cı illərin müğənnisi.. - İllər Bendenizi çox dəyişdirib + FOTOLAR
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
Hülya Avşar tenis meydançasına elə geyimdə gəldi ki... - FOTO
Bugün, 00:05 ŞOU-BİZNES
-
Biləsuvarda 26 yaşlı gənc öldürüldü
Bugün, 00:01 KRİMİNAL
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması növbəti sınaqdan qalib ayrıldı - YENİLƏNİR
04.10.2026, 18:51 İDMAN
-
Vüqar Rəhimzadə: YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu
04.10.2026, 18:00 SİYASƏT
-
Azərbaycan və Türkiyə qardaşlığı, birliyi sarsılmazdır! - VAHİD TAĞIYEV YAZIR
04.10.2026, 17:25 YAZARLAR
-
YAP-da gözlənilməz dəyişiklik - Komitə sədri İdarə Heyətindən niyə kənarlaşdırıldı?
04.10.2026, 16:53 SİYASƏT
-
Kobaxidze Keşikçidağla bağlı mövqeyini açıqladı: “Biz Azərbaycan və..."
04.10.2026, 13:04 SİYASƏT
-
Nazir 290 müəllimi təltif etdi - TAM SİYAHI
04.10.2026, 12:40 GÜNDƏM
-
Sabaha olan hava proqnozu açıqlanıb
04.10.2026, 12:36 CƏMİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)
04.10.2026, 12:03 CƏMİYYƏT
-
Bakıda Gülüstan Sarayında dəbdəbəli toy... - Kutsi də gəldi
04.10.2026, 11:09 ŞOU-BİZNES
-
Abşeronda yaşayış binasında partlayış: 1 nəfər xəsarət alıb - VİDEO
04.10.2026, 09:27 CƏMİYYƏT
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı..."
03.10.2026, 12:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTOLAR
03.10.2026, 11:00 GÜNDƏM
-
Bakıda ərzaq satışı köşkündə 58 yaşlı kişi yanaraq ölüb
03.10.2026, 10:27 CƏMİYYƏT
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib - SƏRƏNCAM
03.10.2026, 10:06 GÜNDƏM
-
XİN: "Ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri..."
03.10.2026, 09:46 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşdı
03.10.2026, 09:08 İQTİSADİYYAT