84 saylı DAİRƏDƏ 5 NAMİZƏD BİRLƏŞDİ: "Məmurlar Vüqar Bayramova görə hamıya hədə-qorxu gəlir" - Prezidentə şikayət + FOTO
29-01-2020 [17:37]
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədlər Ağayev Yusif Şükur oğlu, Hacıyev Bayram Nazim oğlu, Kazımov İlqar Firavan oğlu, Quliyev Çavanşir Abbas oğlu və Sadıqlı Mübariz Oruc oğlu ölkə prezidenti İlham Əliyevə birgə müraciət ediblər.
Mia.az-a təqdim olunan müraciətin surəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova da ünvanlanıb.
Mia.az həmin müaciəti olduğu kimi, təqdim edir:
“Hörmətli cənab Prezident!
Heç kimə sirr deyil ki, bu il fevralın 9-da keçiriləcək parlament seçkisinə cəmiyyətdə yeni ümidlər, yeni gözləntilər yaranıb. Lakin təəssüflə bildiririk ki, bizim namizəd olduğumuz 84 saylı Füzuli seçki dairəsində yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının məmurları həmin ümidləri, gözləntiləri faktiki puça çıxarmağa hesablanmış addımlar atmaqdadırlar və seçki prosesinə kölgə salan bu addımların artıq seçicilərdə məyusluq yaratmaqda olduğu aşkar surətdə müşahidə edilməkdədir.
Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, yerli icra nümayəndələri, rayonda fəaliyyət göstərən digər yerli dövlət təsisatlarının rəhbərləri yanvarın 17-dən başlanan təşviqat prosesinə birbaşa müdaxilələr edir, sanki bu seçkinin 84 saylı Füzuli seçki dairəsində Milli Məclis üzvlüyünə namizədlərdən yalnız biri - Bayramov Vüqar İbad oğlu üçün nəzərdə tutulduğu, seçkidə onun qalib gələcəyinin əvvəlcədən bəlli olduğu, təşviqatın yalnız “əvvəlcədən seçilmiş namizəd” kimi ona xidmət etməli olduğu təsəvvürünü formalaşdırırlar. Sayı və əhatə dairəsi geniş olan bu məmur təbəqəsinin üzdəniraq fəaliyyəti nəticəsində təşviqat lövhələrindən tez-tez digər namizədlərin plakatları yoxa çıxır, Vüqar Bayramov üçün isə məxsusi görüşlər təşkil edilir, icra strukturlarında, səhiyyə, təhsil və digər bu kimi dövlət müəssisələrində çalışanlar həmin görüşlərin həm təşkilatçısı, həm də iştirakçısı qismində çıxış edir, hətta bu qanunsuzluğa qoşulmaq istəməyənlər təhdid olunurlar.
Bir daha təəssüflə qeyd etmək istərdik ki, bu qanunsuzluqlar təşviqat mərhələsi başlanandan start götürüb. Hətta təşviqat mərhələsinin ilk günü Sumqayıt şəhərində, növbəti gün isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Füzuli rayonundan olan seçicilərlə görüşlər zamanı digər namizədləri Vüqar Bayramovun seçiciləri statusunda təqdim etməyə cəhdlər göstərilib. Belə ki, əslində namizədlərin seçicilərlə ümumi görüşləri kimi nəzərdə tutulan bu görüşlərə yalnız Vüqar Bayramov buraxılıb, digər namizədlərə isə bildirilib ki, onlar bu görüşlərdə Vüqar Bayramov oturan sırada otura bilməzlər, tribunaya çıxa, nitq söyləyə bilməzlər, olsa-olsa seçicilər kimi zalda əyləşib dinləyə və uzaqbaşı Vüqar Bayramova sual verə bilərlər.
Bəlli olduğu kimi, rayonlarda, o cümlədən Füzuli rayonunda ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə əməkhaqqı kartları ayrılıb. Son günlər seçki prosesinə qanunsuz müdaxilə edən məmurların Füzulinin aztəminatlı ailələrini Vüqar Bayramovu müdafiə etməyəcəkləri halda sözügedən kartlardan məhrum olacaqları barədə təhdid etdiyinə dair xəbərlər də daxil olmaqdadır.
Cənab Prezident!
Biz, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə qeydə alınan namizədlərin bir qrupu Sizdən xahiş edirik ki, yerli icra hakimiyyəti və digər yerli dövlət orqanları məmurlarının seçki prosesinə qanunsuz müdaxilələrinin qarşısının alınmasına yardım göstərəsiniz”.
P.S. Şikayətlə bağlı Vüqar Bayramovun da mövqeyini yayımlamağa hazırıq.
Mia.az
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar