ÜST: virusun genetik kodu tapıldı - Vaksin hazırlanacaq

img

29-01-2020 [17:13]


Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirusunun laborator diaqnostikasının metodikası açıqlanıb.

ÜST-dən Mia.az-a verilən xəbərə görə, Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, eləcə də ABŞ Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində virusun genetik kodu müəyyən edilib və ABŞ Milli Sağlamlıq İnstitutunun Genetik Kod Məlumat Bazasına yüklənib.

Araşdırmaların nəticələri və 2019-nCoV diaqnostikasının texniki məlumatları ÜST-ün rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, 2019-nCoV virusunun genetik kodunun müəyyən edilməsi virusun diaqnozunun sürətli və dəqiq şəkildə həyata keçirilməsinə, eyni zamanda vaksin hazırlanma prosesinin sürətləndirilməsinə imkan verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA