Gürcüstanda səfərdə olan iki Çin vətəndaşı həkimlərin nəzarətinə götürülüb

img

29-01-2020 [14:23]


“Gürcüstanda səfərdə olan iki Çin vətəndaşı həkimlərin nəzarətinə götürülüb”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, çinli ziyarətçilər hazırda Batumi şəhərindədirlər: “Çin vətəndaşlarının temperaturu 37 dərəcə təşkil edir. Onlar Çində koronavirusun yayıldığı əyalətə yaxın yerdən gəliblər. Ötən gün mütəxəssislər onlara baş çəkiblər. Onlardan götürülən analiz nümunələri laboratoriyada yoxlanılacaq”.

Çin vətəndaşlarının Gürcüstan ərazisinə nə zaman daxil olduqları hələ məlum deyil/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR