Keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat etdi -  İsveçrədə dəfn olundu

img

29-01-2020 [10:45]


Azərbaycanın keçmiş xarici işlər naziri, uzun illərdir İsveçrədə mühacir həyatı yaşayan Tofiq Qasımov vəfat edib.

Mia.az xəbər verir ki, o, elə yaşadığı İsveçrənin Lütsern şəhərində dəfn olunub.

Xatırladaq ki, T.Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb.

T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı. 

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA