"Qüds İsrailin paytaxtı olacaq, Fələstinin ərazisi isə..." - Trampın "Böyük plan"ına Mahmud Abbas sərt çıxdı + XƏRİTƏ
28-01-2020 [22:43]
"Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq".
"RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Bu plana əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu, çox əhəmiyyətlidir", - deyə Tramp Fələstin-İsrail münaqişəsinin nizama salınması planını təqdim edərək bildirib.
Tramp bildirib ki, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.
"Bu xəritə Şərqi Qüdsdə fələstinlilərin paytaxtı ilə Fələstin ərazisini ikiqat artıracaq, harada ki, ABŞ qürurla özünün səfirliyini açacaq", - o, deyib.
Tramp bildirib ki, "Əsrin sazişi" yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək.
O, deyib ki, çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir: “Praktik olaraq hamı istəyir ki, bu olsun".
Trampın fikrincə, "əsrin sazişi" İsrail və Fələstinin qonşuların böyük dəstəyini alacaq".
O, əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində "Fələstində işsizlik iki dəfə azalacaq".
Qeyd edək ki, Tramp həmçinin özünün "Twitter"dəki səhifəsində "Əsrin sazişi" çərçivəsində təklif edilən İsrail və Fələstinin yeni sərhədlərinin xəritəsini paylaşıb.
İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında Ağ Ev rəhbərinin sülh planı əsasında fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib: "Mən bu sülh planı əsasında Fələstin tərəfi ilə danışıqlar aparmağa razıyam. Əgər fələstinlilər İsrailin yəhudi dövləti kimi tanınmasına hazırdırsa, İsrail dərhal sülh haqqında danışıqlara başlamağa hazırdır".
Netanyahunun sözlərinə görə, Trampın təklif etdiyi "əsrin sazişi" "münaqişənin kökünə - İsrailin fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınması zəruriliyinə müraciət edir".
"Bu gün siz parlaq gələcəyə yol, israillilər, fələstinlilər və region üçün parlaq gələcək yolu, uzunmüddətli sülhə həqiqi yol göstərdiniz", - İsrail Nazirlər Kabinetinin başçısı Ağ Ev rəhbərinə müraciətində söyləyib.
Fələstin rəhbəri Mahmud Abbas isə ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.
Bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib: "Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik"/Report.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib