Nazirlər Kabineti “Xüsusi rabitə" növləri ilə bağlı qərar verdi - Vəzifəli şəxslərin telefonları...
28-01-2020 [16:47]
Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiqləyib.
Bu Qaydalar hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitələrindən istifadə qaydalarını müəyyən edir.
Xüsusi rabitədən yalnız xüsusi rabitə ilə təmin olunan vəzifəli istifadə edə bilər. Xüsusi rabitənin telefon aparatının quraşdırılması, digər yerə köçürülməsi, təmiri, söndürülməsi, çıxarılması (mobil xüsusi dövlət rabitəsinin telefon cihazının verilməsi, geri alınması, təmiri), habelə aparatdan (cihazdan) istifadə mümkün olmadıqda əvəz olunması yalnız Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Xüsusi rabitə ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq xüsusi dövlət rabitəsi, həmçinin dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə digər dövlətlərin dövlət orqanlarının rəhbərləri arasında məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün xüsusi dövlət rabitəsinin növbətçi operatoruna (“DHR” düyməsini basmaqla) sifariş verilməlidir.
Vəzifəli şəxs istifadəsində olan xüsusi rabitənin telefonaparatının (cihazının) kənar şəxslər tərəfindən istifadəsinə yol verməməli, mobil xüsusi dövlət rabitəsinin telefon cihazını nəzarətsiz yerdə saxlamamalı və telefon aparatına (cihazına) vurulmuş stikerlərin (yapışqanlı plomb) bütövlüyünü qoruyub saxlamalıdır. Xüsusi rabitənin xətlərini digər telekommunikasiya vasitələrinə qoşmaq, telefon aparatına müdaxilə etmək, telefon aparatına cüt qoşulma və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır. Xüsusi rabitənin telefon aparatının quraşdırıldığı otaqlardainformasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi orqan (qurum) tərəfindən Agentliyin mütəxəssisləri ilə birlikdə həyata keçirilir. Bu tələbləri pozan vəzifəli şəxsin xüsusi rabitəsi Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən söndürülür və ya telefon aparatı çıxarılır (mobil xüsusi dövlət rabitəsi dayandırılır və ya telefon cihazı geri alınır). Azərbaycan Respublikasının Xüsusi rabitəsinin telefon məlumat kitabçası Agentlik tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur. Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri, vəzifəsi dəyişildikdə, habelə xüsusi rabitənin telefon aparatının (cihazının) işində nasazlıq yarandıqda və ya nömrə yığımında birləşmə mümkün olmadıqda, bu barədə Agentliyin növbətçi operatoruna məlumat verilməlidir.
Yeni Qaydanın qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Hökumət rabitəsindən istifadə Qaydaları” və “Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 21 fevral tarixli qərarı ləğv edilib/APA.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO