Nazirlər Kabineti “Xüsusi rabitə" növləri ilə bağlı qərar verdi - Vəzifəli şəxslərin telefonları...
28-01-2020 [16:47]
Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiqləyib.
Bu Qaydalar hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitələrindən istifadə qaydalarını müəyyən edir.
Xüsusi rabitədən yalnız xüsusi rabitə ilə təmin olunan vəzifəli istifadə edə bilər. Xüsusi rabitənin telefon aparatının quraşdırılması, digər yerə köçürülməsi, təmiri, söndürülməsi, çıxarılması (mobil xüsusi dövlət rabitəsinin telefon cihazının verilməsi, geri alınması, təmiri), habelə aparatdan (cihazdan) istifadə mümkün olmadıqda əvəz olunması yalnız Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Xüsusi rabitə ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq xüsusi dövlət rabitəsi, həmçinin dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə digər dövlətlərin dövlət orqanlarının rəhbərləri arasında məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün xüsusi dövlət rabitəsinin növbətçi operatoruna (“DHR” düyməsini basmaqla) sifariş verilməlidir.
Vəzifəli şəxs istifadəsində olan xüsusi rabitənin telefonaparatının (cihazının) kənar şəxslər tərəfindən istifadəsinə yol verməməli, mobil xüsusi dövlət rabitəsinin telefon cihazını nəzarətsiz yerdə saxlamamalı və telefon aparatına (cihazına) vurulmuş stikerlərin (yapışqanlı plomb) bütövlüyünü qoruyub saxlamalıdır. Xüsusi rabitənin xətlərini digər telekommunikasiya vasitələrinə qoşmaq, telefon aparatına müdaxilə etmək, telefon aparatına cüt qoşulma və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır. Xüsusi rabitənin telefon aparatının quraşdırıldığı otaqlardainformasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi orqan (qurum) tərəfindən Agentliyin mütəxəssisləri ilə birlikdə həyata keçirilir. Bu tələbləri pozan vəzifəli şəxsin xüsusi rabitəsi Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən söndürülür və ya telefon aparatı çıxarılır (mobil xüsusi dövlət rabitəsi dayandırılır və ya telefon cihazı geri alınır). Azərbaycan Respublikasının Xüsusi rabitəsinin telefon məlumat kitabçası Agentlik tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur. Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri, vəzifəsi dəyişildikdə, habelə xüsusi rabitənin telefon aparatının (cihazının) işində nasazlıq yarandıqda və ya nömrə yığımında birləşmə mümkün olmadıqda, bu barədə Agentliyin növbətçi operatoruna məlumat verilməlidir.
Yeni Qaydanın qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Hökumət rabitəsindən istifadə Qaydaları” və “Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 21 fevral tarixli qərarı ləğv edilib/APA.
Ramiz Mehdiyev onları vəzifədən çıxardı, sabiq nazirə yeni vəzifə verdi - AMEA-da növbəti dəyişikliklər
Belarus daha bir yarışdan məhrum edildi
Müdafiəçi hücumçunun başını sərt şəkilə buz qatına çırpıb - VİDEO
Cəlilabadda dəhşətli qətl: Qədirağa Mirzəyev həyat yoldaşını yatdığı yerdə armaturla öldürüb
NATO Baş katibi Gürcüstan prezidenti ilə bir arada: "Bölgədə güc balansının yeni konfiqurasiyası yaranıb..." - FOTO
Döyüş zonasında xidmət edən hərbçilərin maaşları azaldılıb? - Maliyyə Nazirliyi açıqlama yaydı
Azərbaycanda daha 280 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxsə 20 sutka cəza verildi - FOTO
Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri ilə bölgədəki son vəziyyəti müzakirə edib
"Keşlə" evində "Sumqayıt"a məğlub oldu
"Ali təhsil haqqında" qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib - Müzakirə
Bizim Mustafa müəllim... - Hacı İsmayılovun zəngin həyat yolu + FOTO
Vüqar Rəhimzadə: "Heydər Əliyev Fondunun yeni layihəsi Böyük Qayıdışı daha da yaxınlaşdırır"
ABŞ-da daha 188952 koronavirusa yoluxub
Ramin Bayramlı: "Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək"
Bu universitetə yeni prorektor təyin olunub
Müdafiə Nazirliyi Füzulidən daha bir yeni görüntülər yayıb - VİDEO
Nazirlik rəsmisi: "Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb"
Mərkəzi Bankdan yayılan xəbərə reaksiya: "500 manatlıq pul nişanı tədavülə buraxılmayıb"
Zidan koronavirusa yoluxub
Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini yenidən toplayıb
Ağcabədidə su kanalından qadın meyiti tapılıb
Zakir Həsənovla britaniyalı səfir görüşdü: "Azərbaycan-Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq artırılacaq"
Rəsmi Bakıdan Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Prezident status məsələsini tarixin zibilliyinə yollayıb..."
Daha bir xanım icra başçısının müavini oldu
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı 3 dəfə azaldılır
Deputat Vahid Əhmədov: "Oliqarx məmurlar işdən kənarlaşdırılanda, onların mal-mülkünü əllərindən almaq lazımdır"
İranda daha 6305 nəfər koronavirusa yoluxub
Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb - FOTO
Koronavirusun yeni ştammı ilə bağlı cihaz yaradılıb
Mikayıl Cabbarov ona yeni vəzifə verdi - FOTO
Kürdəmir sakinini yük qatarı vurub
Gömrük Komitəsi şirkətləri ittiham etdi: "İş prosesini düzgün qurmayanlar vətəndaşlara məxsus bağlamaları gecikdirir"
Müəllimlərin sertifikasiyası nə vaxt aparılacaq? - Nazirdən açıqlama
Xarici ölkə vətəndaşlarının Gürcüstana səfərləri sadələşdiriləcək
Gürcüstanda “komendant saatı” martın 1-dək qüvvədə qalacaq
Gürcüstan fevralın 1-dən müntəzəm aviareysləri bərpa edəcək
Azərbaycanda daha bir dövlət agentliyi yaradıldı - FƏRMAN + DETALLAR
İcra Hakimiyyətindən yayılan xəbərə reaksiya: "Aynur Fərzəliyeva icra başçısının müavini təyin olunmayıb"
Nazirdən buraxılış imtahanları ilə bağlı - Açıqlama
“AzerGold” QSC-nin sədri Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb - Nələr müzakirə olunub?
Müdafiə Nazirliyi Füzulidən yeni görüntülər yaydı - VİDEO
Sabahın hava proqnozu açıqlandı