Azərbaycanın dövlət qurumları koronavirusa qarşı toplandı: plan təsdiqləndi
28-01-2020 [14:24]
Koronovirus 2019-nCoV virusuna qarşı həyata keçiriləcək əks-epidemik tədbirlər ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) “İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib.
TƏBİB-dən Mia.az-a verilən məlumata görə, iclası giriş sözü ilə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açaraq Çində 2019-cu ilin dekabr ayında yeni aşkar edilən Koronovirus 2019-nCoV virusuna qarşı respublikanın sərhəd-keçid məntəqələrində və müalicə müəssisələrində təcili olaraq yerinə yetirilməli infeksion nəzarət tədbirlərindən danışıb.
İclasda sözügedən virusun dünyada və respublika səviyyəsində mövcud epidemioloji vəziyyəti barədə, virusun növləri, yayılma arealı, virusun xarici mühitdə davamlılığı, xəstəlikdən mövcud ölüm səviyyəsi barədə məlumat verilib.
Qeydə alına biləcək 2019-nCoV infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, Respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, ÇXR-dən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə “103” təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından “103” təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb