"5 il seçicini saymayan, problemiylə maraqlanmayan..." - Rəqibindən biznesmen deputata sərt suallar
28-01-2020 [13:17]
Xəbər verdiyimiz kimi bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Artıq deputatlığa namizədlərin bəziləri təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən rəqiblərinin xeyrinə inzibati resurslardan istifadə olunduğunu iddia edirlər.
Bəzi qeydə alınmış namizədlər isə rəqiblərinin xeyrinə namizədliyini geri götürdülər.
Mia.az xəbər veirr ki, Bizimyol.info-ya açıqlama verən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev bildirib ki, əvvəlcə 30 rəqibi olub.
“Hazırda 14 rəqibim var. Onların içərisində keçmiş deputat və cəmiyyət tərəfindən tanınmış şəxslər var. Bir çox halları çıxsaq, hələki ciddi bir ədalətsizliyə rast gəlməmişəm. Bəzi namizədlərin plakatları hara gəldi (aptek, market, butiklərin vitrininə, divarlara, liftlərin qapısına) vurulur. Belə hallara yol verilməməlidir. Rəqabət ədalətli olmalıdır.
Unutmamaq lazımdır ki, parlament deputatların fəaliyyətsizliyinə, seçicini narazı saldıqları, dövlətlə xalq arasında körpü ola bilmədikləri üçün buraxıldı. Kimliyindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq seçildiyi dairənin ərazisində beş il müddətində bir dəfə də olsa seçiciləri ilə görüşməyən, onların problemlərini səsləndirməyən, seçicinin nifrətini qazanan keçmiş deputatların yenidən seçililib-seçilməyəcəyinə bu dəfə seçici qərar verməlidir. Həmin deputatlar öz fəaliyyətsizliyi ilə həm partiyalarının, həm ölkənin, həm də dövlətin imicinə zərbə vururdular. Ölkə başçısı da, xalq da islahatların uğurlu olması, ictimai nəzarətin effektiv olması üçün parlamentdə bacarıqlı, gənc, enerjili, dövlətini və xalqını sevən deputatların olmasını istəyir”,-deyə Ə.Vəliyev bildirib.
Deputatlığa namizəd təəssüflə bildirib ki, bəzi rəqiblərə xüsusi dəstək verilir: “Öncədən razılaşdırılmış görüşlər təşkil olunur, tabeliklərində çalışan işçilərin vasitəsilə virtual səsvermələrə müdaxilələr olunur. “Whatsaap” və “facebook” qrupları vasitəsilə tapşırıqlar ötürülür, bütün bunlar da gələcəkdə keçiriləcək şəffaf seçkiyə kölgə salır. Halbuki, dəstəklənən həmin namizədlərin nə adını, nə də üzünü seçiciləri görməyib. Mən imza toplama zamanı beş mindən artıq Binəqədidə yaşayan sakinlə görüşdüm. İnsanlar çox narazıdır, onların problemləri, çətinlikləri ilə bağlı aidiyyatı qurumlar qarşısında zamanında məsələ qaldırılmayıb. Bir çox yollar, binalar, yataqxanalar təmirsiz, bərbad vəziyyətdədir. Sosial şəbəkələrdə izləyirəm, beş il seçicini saymayan, seçicinin problemiylə, çətinliklərilə maraqlanmayan bir çox keçmiş deputatlar bu gün gəlib səs istəyir, seçicini öpüb-qucaqlayır. Gülməlidir. Seçicini təkcə seçki qabağı yox, hər zamn diqqətdə saxlamaq lazımdır”.
Ə.Vəliyev Dairə Seçki Komissiyasında (SDK) qarşılaşdığı problemi də qeyd edib: “Sənəd qəbulunda gecikdirmələr, sonradan veriləcək maliyyə arayışının əvvəldən istənilməsi, şəxsən öz iştirakımla toplanılan imzaların etibarsız sayılacağı ilə bağlı xəbər göndərmələr, DSK sədrinin şəxsən özünün namizədliyimi geri götürməyim üçün etdiyi təzyiq, seçicilərin şəxsiyyət vəsiqələrinin kimin üçünsə yığılması, seçicilərə bir nəfərdən artıq namizədə imza verməmələri ilə bağlı xüsusi tapşırıqlar və daha nələr, nələr…
Mənim keçmiş deputatların bəzisinə ünvanlamaq istədiyim suallar var:
1. Deputat olduğunuz müddətdə seçildiyiniz dairənin ərazisində yaşayanlar üçün nə etmisiniz?
2. Niyə növbədən kənar seçki təyin olunmayana kimi ərazinizdəki seçicilərlə maraqlanmırdınız?
3. Yenidən seçilib seçiciyə laqeyd olmayacağınıza, vəzifənizin məsuliyyətini dərk edərək işləyəcəyinizə qarantiya varmı?”
Qeyd edək ki, bu dairədən deputatlığa namizədlər arasından ən çox müzakirə olunan Kəmaləddin Qafarovdur. Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarovun mətbuat iş adamı kimi təqdim olunur. Onun “Zəfəran” apteklər şəbəkəsinin, “Zəfəran” hospitalın sahibi olduğu iddia olunur. Onun özü və səlahiyyətli nümayəndəsi bu məlumatları təkzib etməyib.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO