Onlar AFFA-nın İcraiyyə Komitəsinin üzvləri seçildi - SİYAHI

img

28-01-2020 [11:34]


AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Məlumata görə, qurumun bu gün keçirilən Konfransında komitəyə seçkilər baş tutub.

İcraiyyə Komitəsinə seçkilərdən sonra burada yer alacaq 13 nəfər müəyyənləşib. Bunadək 11 nəfərdən olan komitənin daha geniş tərkibli ilk heyətində AFFA-nın prezidenti və Konfransın seçdiyi 12 şəxs yer alıb.

Bunlar namizədliyi öncədən verilən nümayəndələrdir. Seçkidən öncə namizəd olanların hamısı Konfrans tərəfindən komitəyə daxil edilib.

İcraiyyə Komitəsinin tarixində ilk dəfə burada qadın üzv də olacaq. Bu, Könül Mehtiyevadır.

Həmçinin Elxan Məmmədov da komitədə yeni üzv olub. Uzun illər AFFA-nın baş katibi olan qurum rəsmisi bundan sonra İcraiyyə Komitəsində də yer alacaq.

K.Mehtiyeva və E.Məmmədova ilə yanaşı, komitədə daha bir yeni ad var. Bu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, güləş üzrə olimpiya çempionu Fərid Mansurovdur. Əvvəlki heyətdən isə yalnız Qurban Qurbanov kənarda qalıb.

İcraiyyə Komitəsinin üzvləri

AFFA prezidenti

Rövnəq Abdullayev

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR