Çavuşoğlu və Lavrov Suriya məsələsini müzakirə ediblər

img

27-01-2020 [22:02]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Suriyada sülhün nizamlanması prosesini müzakirə edib.

“Novosti” xəbər verir ki, bu barədə Rusiyanın Xаrici İşlər Nаzirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, nazirlər Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün gedişatında nail olunmuş razılaşmanın inkişafına dair Suriyada sülh nizamlanması prosesini müzakirə ediblər. 

"Rusiya tərəfində atəşkəs qərarlarının İdlib bölgəsində yerləşən radikallar tərəfindən pozulma faktları var. Müxalif qüvvələrin terrorçulardan ayrılması zəruriliyi vurğulanıb. Hərbi sahə üzrə yaxın təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə nazirlik əlavə edib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR