Prezident “Rossiya-24” də müsahibə verdi, maraqlı məqamlara toxundu: "Yenidən müxtəlif spekulyativ meyillər yarana bilər..."
27-01-2020 [20:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlət başçısının müsahibəsini yayımlayıb.
Mia.az “Rossiya-24” televiziya kanalında yayımlanan müsahibəni təqdim edir:
Aparıcı: “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
- Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar?
- Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.
- Sizin fikrinizcə, “OPEK+” sazişinin müddətini uzatmaq lazımdırmı?
- Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.
- Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?
- Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.
- Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?
-Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.
- Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi?
- Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir.
- Çox sağ olun.
- Sağ olun.
DƏRSLƏR NƏ VAXT AÇILACAQ? - Prezidentin köməkçisindən açıqlama
65 yaşdan yuxarı olan şəxslər nə vaxt peyvənd olunacaq? - Tarix
Yanvarın 18-dən Azərbaycanda vaksinasiya başlayır: ilk onlar peyvənd olunacaq - SİYAHI
Gürcüstanda daha 1236 nəfərdə koronavirus aşkarlanıb
Qərargahdan yaslarla bağlı - Qərar
HÖKUMƏT KARATİN REJİMİNİ YUMŞALTDI: SMS ləğv olundu, yollar, çayxana, kafe, bərbərxana və ticarət məkanları açılır + DETALLAR
TƏBİB-dən vaksinlərilə bağlı açıqlama: "Vaksindən sonra mümkün ola biləcək- baş ağrısı, əzələ ağrısı, qızdırma və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XİN: "Azərbaycanla YUNESKO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz"
Türkiyədə COVİD-19: son gündə daha 8314 nəfərdə aşkarlanıb
İqtisadi Şurada iclas: Əli Əsədovun sədrliyi ilə sosial-iqtisadi məsələlər müzakirəyə çıxarılıb
Prezident və ailəsi Cıdır düzündə: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!" - VİDEO
Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub
Azərbaycanda bu Dövlət Komissiyası ləğv olundu - Fərman
Rəsmi Ankaradan Bakı və Moskvaya mesaj: “Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə..." - “Qərar vermə məsuliyyəti sizdə deyil”
AZƏRBAYCANDA DAHA BİR AGENTLİK YARADILDI - Fərman + DETALLAR
Makron Ərdoğana məktub göndərib
Müdafiə Nazirliyi Ağdamdan yeni görüntülər yayıb - VİDEO
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir?
Sahibə Qafarova Əfqanıstanın səfiri ilə görüşüb
Anar Eyvazov: "Ordudan pensiyaya çıxan hərbçilər hərbi formadan istifadə edə bilərlər"
Gürcüstan əhalisinin 60 %-i koronavirus əleyhinə peyvənd olunacaq
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı
PUTİN TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI - Qarabağla bağlı müzakirə
Türkiyə Rusiyadan növbəti S-400-ü də alacaq - Ərdoğan açıqladı
Azərbaycanda yaşıl enerji zonası yaradılacaq
Ərdoğan: “Hazırda hər hansısa yan təsir yoxdur, sapsağlamam”
ATƏT-in Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub
İranda daha 6485 nəfər koronavirusa yoluxub
Nazirlikdən ənənəvi imtahan sessiyası ilə bağlı - Açıqlama
"Qarabağ"ın sabiq futbolçusunun qalmaqallı videosu yayılıb
NATO-nun baş katibi Gürcüstan prezidenti ilə görüşəcək
Auditorlar Palatasının 2 idarəsinin adı dəyişdirilib
İlham Əliyev: "Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək"
Prezident: "Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb” - Mehriban Əliyevadan yeni paylaşımlar - VİDEO/FOTOLAR
Prezident İlham Əliyev və birinci xanım Şuşada: "Artıq “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Səfərdən maraqlı FOTOLAR/VİDEO
Prezident İlham Əliyev Xocalıda - VİDEO
Zakir Həsənov Pakistanın yeni səfiri ilə bir arada: xüsusi təyinatların birgə təlimi və daha nələr müzakirə olunub?
MHP lideri COVID-19-a qarşı peyvənd olunub
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 5 məsələni müzakirəyə çıxarıb
RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMA: "Konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq"
Müdafiə Nazirliyi Cəbrayıldan yeni görüntülər yayıb - VİDEO