Prezident “Rossiya-24” də müsahibə verdi, maraqlı məqamlara toxundu: "Yenidən müxtəlif spekulyativ meyillər yarana bilər..."
27-01-2020 [20:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlət başçısının müsahibəsini yayımlayıb.
Mia.az “Rossiya-24” televiziya kanalında yayımlanan müsahibəni təqdim edir:
Aparıcı: “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
- Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar?
- Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.
- Sizin fikrinizcə, “OPEK+” sazişinin müddətini uzatmaq lazımdırmı?
- Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.
- Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?
- Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.
- Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?
-Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.
- Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi?
- Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir.
- Çox sağ olun.
- Sağ olun.
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR