MSK istefa verən DSK sədrinin yerinə yenisini təyin etdi

img

27-01-2020 [16:41]


Xətai rayonu 35 saylı üçüncü Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev həlledici səs hüququ vəzifəsindən azad edilib.

Bu barədə MSK-nın  bu gün keçirilən iclasında bildirilib.

Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin edilib.

Qeyd edək ki, İ.Hüseynəliyev öz xahişi ilə vəzifəsindən azad edilib/Report.

Vəzifədən azad edilən DSK sədri mətbuata açıqlamasında bunu səhhəti ilə əlaqələndirib: "Hazırda DİN-nin hospitalında müalicə olunuram".

Xatırladaq ki, bvu dairə üzrə əsas mübarizə partiya sədri İqbal Ağazadə ilə Rauf Arifoğlu arasında gedir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR