Masallıda İran vətəndaşı həbs olundu - Təfərrüat + FOTO

img

27-01-2020 [16:10]


Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirən İran vətəndaşı və Masallı rayon sakini saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri uğurla davam etdirilir.

Belə ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıblar. 

Əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberi müvəqqəti yaşadığı Masallı rayonu, Şıxlar kəndindəki evdə tutulub. Evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi Masallı rayon sakininin Rasim Hüseynova məxsus olduğunu bildirib. 

Əməliyyat tədbirlərinin davamı olaraq ev sahibi Masallı rayon sakini Rasim Hüseynov da tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, D.Jaberi və R.Hüseynova şəxsiyyəti istintaqa məlum olmayan“Müslüm” adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib. Əməliyyat tədbirlərinin davamı olaraq D.Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi 3 büküm ümümi çəkisi 5 kiloqram olan heroin və 1 büküm ümumi çəkisi 380 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub