"100 dollarlıq neft dövrü arxada qalıb" - BP şirkətinin rəhbəri 

img

27-01-2020 [13:43]


"Dünyada neftə olan tələbat getdikcə azalacaq, əvəzinə təbii qaz və s. enerji daşıyıcıları ön plana çıxacaq. Digər tərəfdən, ABŞ-da hasilatın artması neftin bir barelinin 100 dollara və hətta daha baha qiymətə satıldığı vaxtların bir daha rəkrarlanması ehtimalını xeyli azaldır"."100 dollarlıq neft dövrü arxada qalıb"

Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən BP şirkətinin rəhbəri Robert Dadli bildirib.

O deyib ki, neft və kömürün istifadəsi getdikcə azalacaq. Sözsüz ki, neft-kimya sənayesində neft hələ uzun illər istifadə olunacaq, lakin elektrik enerjisi istehsalında neftin yerini qaz və s. enerji daşıyıcıları tutacaq.

BP rəhbərinin fikrincə, dünyada neftə tələbatın azalması bu əsrdə baş verəcək, bəzi ölkələrdə benzin mühərriklərinə məhdudiyyətlər tətbiq edilsə, bu azalma daha çox ola bilər.

R.Dadlinin qənaətincə, neft bazarına ABŞ kimi üçüncü iri oyunçunun gəlməsi ilə bağlı neftin qiymətinin yüksək volatilliyi (dəyişkənliyi) ağlabatan deyil. Belə ki, ABŞ şirkətləri neft hasilatını sürətlə artıra bilməsi dünyanın harasındasa neftin qıtlığı ehtimalını aradan qaldırır. Yəni ABŞ tərəfindən neft bazarında yaradılan qiymət dempferi nəticəsində nefti qiymətləri əvvəlki kimi kəskin dəyişməyəcək.

Onun sözlərinə görə, neft layihələrinin ekoloji vəziyyətə təsirinin dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənməsi ilə əlaqədar neft hasilatı şirkətlərinə təzyiqlər artacaq.

ESG reytinqləri (Environmental, Social, Governance – hər hansı fəaliyyəti ətraf mühit, sosial, idarəçilik nöqteyi-nəzərindən dəyərləndirən reytinqlər) nəticəsində bu kimi layihələrə maliyyənin cəlb olunmasında indidən çətinliklər yaradır, Avropada və qismən də ABŞ-da şirkətlər bundan əziyyət çəkir. 

R.Dadli belə yanaşmanın bəsit olduğunu, yaxın 20 ildə dünya əhalisinin daha 2 milyard nəfər artacağı barədə BMT-nin proqnozuna inansaq, enerji daşıyıcılarına tələbatın hələ qalacağını düşünür. Hərçənd bərpa olunan enerji mənbələri dünya tələbatının cəmi 3-4 faizini görür. Hazırkı proseslər nəticəsində neft şirkətəri yaxın 10 il ərzində çoxyönlü enerji şirkətlərinə çevrilərək bu gün hələ neft-qaz qədər gəlirli olmayan, lakin ətraf mühitə mənfi təsiri qat-qat az olan layihələrə böyük sərmayələr qoyacaq.

Qeyd edək ki, BP şirkətində 40 il çalışan, o cümlədən 10 il rəhbər vəzifələr tutan R.Dadli martın 31-də şirkətdən gedərək iqlim dəyişiklikləri ilə bağlı ictimai fəaliyyətlə məşğul olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR