"Qalatasaray" rəqibini devirdi, "Beşiktaş" isə səfərdə məğlub oldu

img

26-01-2020 [23:40]


Türkiyə Superliqasında XIX tur davam edir.

Bu gün daha 3 oyun keçirilib.

"Antalyaspor" Dənizlidə yerli komanda üzərində böyükhesablı qələbə qazanaraq, "təhlükəli zona"dan uzaqlaşıb - 0:3.

Baş məşqçi Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş"ın uğursuz çıxışı davam edir. İstanbul təmsilçisi bu dəfə "Göztəpə" səfərindən məğlub dönüb - 2:1.

Bu nəticə ilə "Göztəpə" 7-ci pillədə yer alan rəqibi ilə aradakı xal fərqini 1-ə endirib.

Günün son matçında "Qalatasaray" elitada qalmağa çalışan "Konyaspor"un qonağı olub. Yenidən liderlər qrupuna yüksəlmək istəyən "cim-bom" Konyada 3 xalı 3 cavabsız qolla əldə edib - 0:3.

Qeyd edək ki, turun "Sivasspor" - "Çaykur Rizəspor" və "Yeni Malatyaspor" - "Trabzonspor" oyunları yanvarın 27-də keçiriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı