"Onu bələdiyyə sədri etdim, indi də..." - Məhkəmə hakimi Ənvər Seyidov namizədin görüşündə elə fakt açdı ki... - VİDEO 

img

26-01-2020 [20:48]


71 saylı Masallı kənd Seçki Dairəsindən deputatlığa 10 namizəd iddia edir. Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədən namizədi Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərovdur.

 YAP-ın namizədi təbliğat-təşviqat müddətində hələlik yadda qalan performans nümayiş etdirməsə də, onun rəqiblərindən biri artıq sosial şəbəkədə məşhurlaşıb.

Səbail Bələdiyyəsinin keçmiş sədri və hazırki üzvü, sözügedən dairədən namizəd Firdovsi Cəbrayılov keçirdiyi görüşlərindən birində Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi, çıxardığı hökmlərlə daim ictimaiyyətin tənqid hədəfində olan Ənvər Seyidov çıxış edib. Onun çıxışının videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Namizədi tərifləyən keçmiş hakim etiraf edib ki, F.Cəbrayılovun Səbail Bələdiyyəsinin sədri olmasında onun müstəsna rolu olub: “Axşamlar gələrdi, oradan yığışıb gedərdik... Bir gün yenə gedərkən Firdovsi mənə dedi ki, Ənvər müəllim, hamıya kömək edirsiz, amma mənə yox. Dedim, axı, sən nə kömək istədin ki, mən etmədim?! Dedi, bələdiyyə seçkiləri keçiriləcək, kömək elə, məni də qat ora, bələdiyyə sədri olum. Biz də kömək etdik, üzv də oldu, sədr də seçildi. Özünü də çox nümunəvi göstərdi. İndi də deputatlığa namizəd olmasına çox sevinirəm, mənim yanıma gələndə...”

Beləliklə, məlum olur ki, Firdovsi Cəbrayılovu bələdiyyə sədri seçdirən Ənvər Seyidov onun deputat mandatı alması üçün fəaliyyətə başlayıb. Keçmiş hakimin dediklərindən məlum oolur ki, onun hakimiyyət dairələrində ciddi əlaqələri var. Əks təqdirdə, Bakının mərkəzi rayonu olan Səbailin bələdiyyə sədri onun xahişi ilə seçilməzdi.

Görünür, Ə.Seyidov deputat seçdirməyə də özündə güc hiss edir. Hər halda F.Cəbrayılovun rəqiblərinin bu faktı seçki qurumlarının diqqətinə çatdıracağı şübhə doğurmur.

“AzPolitika.info”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq