İsmayıllıda ağır qəza: bir ailənin 3 üzvü ölüb, 6 yaralı var + Adlar və VİDEO

img

26-01-2020 [15:09]


Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı avtobusun Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bilzan kəndi ərazisindən keçən hissəsində “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

Hadisə zamanı “VAZ-2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və onların azyaşlı qızı Aysu Quliyeva ölüb. Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza nəticəsində habelə “Mercedes-Benz” markalı sərnişin avtobusunun sərnişinləri, Bakı sakinləri - 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı xəsarət alan digər yaralılar təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıblar.

Qeyd edək ki, hər iki avtomobil zərbənin gücündən yoldan çıxaraq aşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı