"Onun tərəfində Vaqnerin döyüşçüləri var, Merkelə dedim ki..." - Ərdoğandan Liviya ilə bağlı açıqlama

img

26-01-2020 [12:09]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı bu ölkədə elan olunmuş atəşkəsin pozulmasında ittiham edib.

Bu barədə dövlət başçısı NTV telekanalının efirində bildirib.

"Haftar Moskva (danışıqların gedişatında atəşkəs rejiminin yaradılması), Berlin (razılaşması) prosesinə tərəfdar deyildi. Haftar qiyamçıdır. Mən Merkelə deyirdim ki, onu yola verirlər. Onun tərəfində Vaqnerin döyüşçüləri var. Ona göstərilən dəstəyin köməyi ilə hər cür hücumları etməyə davam edir. Bu işdə müvəffəqiyyətə nail olmaq mümkün deyil", - deyə Türkiyə prezidenti telekanalın efirində bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA