Bakıda bıçaqlı hədə-qorxu: paytaxt sakininin maşınını zorla alan iki nəfər tutuldu, biri isə axtarılır

img

25-01-2020 [15:07]


Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb. 

DİN-dən Mia.az-a verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı