"Məhz səriştəsiz fəaliyyət üzündən buraxılan parlament..." - Namizəd jurnalistlər yeni blok yaratdı, bəyanat verdilər
25-01-2020 [11:20]
Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkisində deputatlığa namizəd olan jurnalistlər bir araya gələrək İslahatlar Naminə Media Bloku (İNMB) yaradıblar.
Bu barədə Mia.az-a daxil olan bəyanatda deyilir:
Əziz və hörmətli Azərbaycan xalqı,
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisində ölkənin tanınmış jurnalistləri də namizəd kimi iştirak edirlər. Müxtəlif dairələr üzrə namizədlikləri qeydə alınmış həmkarlarımızın təbliğat-təşviqat kampaniyası uğurla aparılır. Seçicilərin də bu seçkiyə münasibəti yaxşı mənada fərqlidir.
Onlar köhnə parlamentin məhz səriştəsiz fəaliyyət üzündən buraxıldığını bilir və yeni parlamentin daha çevik, dünyada yaşanan sərt siyasi iqlimə adekvat cavab vermə gücünə malik, xalqın rifahının yaxşılaşdırılmasına çalışanlardan ibarət tərkibdə formalaşacağına ümid bəsləyirlər.
Ölkənin bütün sahələrində ciddi islahatlar aparılır. Azərbaycan Prezidenti cəmiyyəti aktiv olmağa, ictimai nəzarəti gücləndirməyə çağırır və jurnalistləri özünün köməkçiləri adlandıraraq, medianı dəyişikliklərə dəstək verməyə sövq edir. Belə vəziyyətdə təbii ki, KİV daha məsuliyyətli olmağa borcludur, tanınmış jurnalistlərin də deputatlığa namizəd olması bu konteksdə alqışa layiqdir.
Biz həmkarıq, seçki prosesi boyunca bir-birimizin yanında olmaq mənəvi öhdəliyimizdir. Bununla yanaşı, birlikdə xalqın, cəmiyyətin, daha dəqiq, seçicinin yanında olmalıyıq.
Seçici şəffaf, ədalətli, demokratik seçkinin iştirakçısı olmaq istəyir. O, əvvəlki dövrlərdə olduğu kimi seçki prosesində yaşanan neqativləri daha görmək istəmir. Belədə seçicini arzusuna çatdırmaq bizim əsas məqsədimizə çevrilməlidir.
İslahatlar Naminə Media Bloku (İNMB) da məhz bu ehtiyacdan yarandı. Blokun üzvü olan namizəd jurnalistlər seçki prosesi boyu yaşanan həm neqativ, həm də pozitiv hadisələri bir mənbədən işıqlandırmağı hədəf seçiblər. Mübarək seçki adına xələl gətirən, o cümlədən şəffaf mühitin formalaşmasına xidmət edən hər bir hadisə yerli və dünya ictimaiyyətinin nəzərinə çatdıracağıq. Seçkinin yekun bəyanatı da İNMB tərəfindən hazırlanaraq yayılacaq.
Namizəd jurnalistlərin təmsil olunduğu blok həmkarların təbliğat-təşviqat prosesinə də dəstək verəcək. “Birimiz hamı üçün, hamımız birimiz üçün” prinsipi ilə jurnalistlərin təbliğat kampaniyasına qoşulacaq, dəyərli namizədimizi bir daha seçiciyə tanıtdıracağıq.
Ali məqsədimiz ölkədə yaşanan islahatlara dəstək olmaq, ictimaiyyətin demokratik dəyərlərə sahib çıxmasına çalışmaq, ölkəmizin və dövlətimizin adını uca tutmaqdır.
Bu yolda bizimlə birgə addımlayan bütün həmkarlarımıza uğurlar diləyir, 2020-ci il Milli Məclisinə keçiriləcək seçkinin başımızı uca edəcəyinə əminliyimizi ifadə edirik. Ölkəmizə rifah yaşadacaq islahatlara dəstək verənlər sırasında olmaq, prosesin önündə getmək media üçün şərəfdir.
23 saylı Nəsimi - Sabail seçki dairəsindən deputatlığa namizəd Şahsuvarov Taleh Novruz oğlu
28 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızı
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Abbasov Rauf Arif oğlu
45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Musayev Ceyhun Musa oğlu
48 Yevlax seçki dairəsindən deputatlığa namizəd İsmayılbəyli Süleyman Nəbi oğlu
55 saylı Xaçmaz Şəhər seçki dairəsindən deputatlığa namizəd Həsrət Azər Hacıqulu oğlu
72 saylı Yardımlı - Masallı dairəsindən deputatlığa namizəd Əhmədov Xanoğlan Əlüseyn oğlu
80 saylı İmişli - Beyləqan Seçki dairəsindən deputatlığa namizəd Nəcəfov Kəramət Qəşəm oğlu
86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Osmanlı Yusif Məhəmməd oğlu
92 saylı Zərdab - Ucar seçki dairəsindən deputatlığa namizəd Seyidli Jalə Mütəllim qızı
96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputatlığa namizəd İsmayılov Rufik Afis oğlu
96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputatlığa namizəd Həziquliyev Əli Sevindik oğlu
102 saylı Samux - Şəmkir seçki dairəsindən deputatlığa namizəd Turan Tural Mətləb oğlu
117 saylı Oğuz - Qəbələ seçki dairəsindən deputatlığa namizəd İsmayılova Ləman Aləşrəf qızı
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məmmədov Zaur Əhməd oğlu
125 saylı Zəngilan - Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məhərrəmova Afət Telman qızı
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib