TÜRKİYƏDƏ 6.8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ: 20 nəfər öldü, 1015 yaralı var

img

25-01-2020 [09:57]


Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

                                                                                           ***

Son məlumata görə, Türkiyənin Elazığ, Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Türkiyənin "Hürriyet”i yazıb ki, Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə çatıb.

Hadisə nəticəsində 1015 nəfər yaralanıb. 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər. 

                                                                                              ***

Bu arada Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsi məqsədi ilə “qaynar xətt” yaradılıb.

Səfirlikdən verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.

Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR