Mikayıl Cabbarov, Kəmaləddin Heydərov, İnam Kərimov, Samir Şərifov... - Əli Əsədovun sədrliyi ilə müşavirə + FOTO
24-01-2020 [18:53]
Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.
Baş Nazir Əli Əsədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.
İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd edib ki, dövlət başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış edib. Sığortanın 3 əsas sosial iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirib ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğulayıb və təkliflərlə çıxış edib.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirib və bu istiqamətdə də tədbirlərin görüləcəyini deyib. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğulayıb.
Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd edib ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır: "Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il "Aqrar sığorta haqqında" Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək".
İ.Kərimov ilk sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sığorta” adlı təqdimatı təqdim olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O həmçinin qeyd etdi ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, vətəndaşı sığorta olunmaqda daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə vurğulayıb ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.
Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.
ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev və FHN-in müavini Rafael Mirzəyev və başqaları çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.
Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"