Mikayıl Cabbarov, Kəmaləddin Heydərov, İnam Kərimov, Samir Şərifov... - Əli Əsədovun sədrliyi ilə müşavirə + FOTO
24-01-2020 [18:53]
Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.
Baş Nazir Əli Əsədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.
İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd edib ki, dövlət başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış edib. Sığortanın 3 əsas sosial iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirib ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğulayıb və təkliflərlə çıxış edib.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirib və bu istiqamətdə də tədbirlərin görüləcəyini deyib. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğulayıb.
Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd edib ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır: "Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il "Aqrar sığorta haqqında" Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək".
İ.Kərimov ilk sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sığorta” adlı təqdimatı təqdim olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O həmçinin qeyd etdi ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, vətəndaşı sığorta olunmaqda daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə vurğulayıb ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.
Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.
ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev və FHN-in müavini Rafael Mirzəyev və başqaları çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.
Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirib.
Təhsillə bağlı növbəti həftə qərar veriləcək - Emin Əmrullayev tədrisin təşkili ilə bağlı yeni qaydaları açıqlayacaq
MN-də iki səyyar qrup yaradılıb - Qarabağ döyüşçüləri ilə bağlı
MN rəsmisi: "Komissiyaya “veteran adı” və yaxud “veteran kitabçası"nın verilməsi səlahiyyəti verilməyib”
Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq
Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb
Pompeo: "Koronavirus Çinin laboratoriyasında yaranıb"
ABŞ polisi Kapitoliyə daxil olmaq istəyən şəxsi saxlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rusiya MN-dən Qarabağla bağlı yeni - Açıqlama
Azərbaycanda COVID-19-la bağlı Vaksinasiya Strategiyası təsdiqləndi - Sərəncam + DETALLAR
İrandan yeni həmlə: ordu ballistik raketləri sınaqdan keçirib
Türkiyədə COVİD-19: son gündə daha 7550 nəfərdə aşkarlanıb
Prezident İlham Əliyevlə Ərdoğan telefonda danışıb - Qarabağla bağlı nələr müzakirə olunub?
Ağstafada "Mercedes”lə “VAZ” toqquşdu: ölən var
MHP liderindən Şuşa mesajı: "Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir"
Hirkan Milli Parkındakı yanğını davam edir
Merkelin postuna namizəd bəlli oldu - FOTO
Azərbaycanda daha 402 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Qarabağda itkin düşən daha iki erməni hərbçinin meyiti tapılıb
Bakıya sərnişin daşıyan sürücüyə 8 sutka cəza verildi
Azərbaycan Ermənistana qarşı iddia ərizəsini Avropa Məhkəməsinə göndərdi - TƏFƏRRÜAT
Prezident İlham Əliyevdən sərəncam: “Azərlotereya” türk şirkətinin idarəetməsinə verildi
Müdafiə Nazirliyi Ağdamdan yeni görüntülər yaydı - VİDEO
Biləsuvarda su kanalında batan qadının meyiti tapılıb
Rayonlararası sərnişindaşıma haqda qadağanın müddəti uzadıldı - Hökumət sözçüsü yeni açıqlama yaydı
Polis postları nə vaxt ləğv olunacaq? - DYP-dən açıqlama
Mexaniki-elektron sayğaclar artıq sərfiyyat qeydə alır? - "Azəriqaz" açıqlama yaydı
İranda daha 6100 nəfər koronavirusa yoluxub
DYP-dən hava ilə bağlı sürücülərə - Xəbərdarlıq
ƏN ÇOX BAKIDA YOLUXMA VAR... - Azərbaycanda koronavirusun daha çox yayıldığı bölgələrin SİYAHISI
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib
Daha bir şəhid Saatlıda dəfn edilib
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb
Müdafiə Nazirliyi Füzulidən görüntülər yaydı - VİDEO
Sabahın hava proqnozu açıqlandı
Trampın “Facebook” və “İnstagram”dakı səhifələri yenidən açılıb
Gəncədə COVİD-19 xəstələri saxlanıldı
Bakıya və rayonlara qar yağacaq - Xəbərdarlıq
Rusiyada daha 24092 nəfərdə koronavirus aşkarlanıb
Şahmar Mövsümov: "Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb"
“BakuBus”un direktoru vəzifədən azad edilib - Yeni təyinat
DƏRSLƏR NƏ VAXT AÇILACAQ? - Prezidentin köməkçisindən açıqlama