AŞPA Azərbaycana müşahidəçi heyəti göndərəcək - Seçkilərlə bağlı + Bəyanat

img

24-01-2020 [17:53]


Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində səsvermə prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizə gələcək.

Bu barədə AŞPA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyan edib.

“Dövlət qurumlarının nümayəndələri seçkilərin AŞPA nümayəndə heyəti tərəfindən izlənməsini alqışladılar və seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üzrə siyasi iradənin olduğunu vurğuladılar”, - bəyanatda deyilir.

Nümayəndə heyətindən qeyd edilib ki, seçkilər və onların müşahidəsi yalnız səsvermə gününə aid deyil, bütün seçki prosesini qiymətləndirmək üçün təhlil olunmalı və qiymətləndirilməli olan bir neçə mərhələdən ibarət prosesdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR