XİN-dən ölümcül virusla bağlı Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
24-01-2020 [17:28]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.
Mia.az-ın məlumatına görə, XİN 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanmış və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edildiyini bildiirb:
"Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxmuş və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan edilib:
Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:
1) kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;
2) xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;
3) canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;
4) kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).
5) yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;
6) sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.
Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur".
Bundan başqa, Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi
Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China
Tel: (+8610) 65 32 46 14
Faks: (+8610) 65 32 46 15
E-mail: [email protected]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-mail: [email protected]
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək