Deputatlığa namizəd Səbuhi Rəcəbin seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

img

24-01-2020 [16:07]


13 saylı Xəzər-Pirallahı seçki Dairəsindən deputatlığa namizəd olan Səbuhi Rəcəb seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşlərini fəal surətdə davam etdirir.

Mia.az xəbər verir ki, yanvarın 17-də və 18-də ilk olaraq Mirmövsüm ağa ziyarətgahlarını özünün komanda üzvləri və seçiciləri ilə birgə ziyarət edən Səbuhi Rəcəb Buzovna və Mərdəkan qəsəbələrində seçiciləri ilə görüşüb.

Sakinlərə özü barədə ətraflı məlumat verən Səbuhi Rəcəb ölkənin idman ictimaiyyəti arasında yaxşı tanındığını, bir sıra beynəlxalq yarışların mükafatçısı olaraq idman ustası adına layiq görüldüyünü, daha sonra ayrı-ayrı vaxtlarda Azərbaycan Sambo və Kikboksinq federasiyalarının vitse-prezidenti olduğunu diqqətə çatdırıb.

Hazırda “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinə vitse-prezidenti olduğunu qeyd edən Səbuhi Rəcəb sahibkarlıq fəaliyyəti haqqında məlumat verib.

Deputatlığa namizəd Səbuhi Rəcəblə görüşdə qarşılaşdıqları problemlər haqqında məlumat verən sakinlər bəzi kommunal problemlərin və işlə bağlı problemlərin qaldığını qeyd ediblər. Hazırda respublikada işsizlik probleminin həlli ilə bağlı böyük işlərin görüldüyünü qeyd edən Səbuhi Rəcəb əhalinin artım tempinin vətəndaşların işlə təmin olunması göstəricisini cüzi dərəcədə üstələdiyini bildirib və əlavə edib ki, bu məsələnin həllində əsas vəzifə sahibkarlıq fəaliyyətinin daha da geniş vüsət almasıdır. O bunun üçün Mərdəkan və Buzovna sakinlərinin yaşadıqları bölgənin yay turizmi üçün əlverişli olduğunu nəzərə alaraq onlar turizm sektorunda fəaliyyət göstərə bilmələri üçün lazımi qanunvericilik aktlarının təşəbbüskarı kimi çıxış edəcəyini, sakinlərə hüquqi yardım göstərilməsi işinin təşkil olunacağını qeyd edib.

Sonra deputatlığa namizəd Səbuhi Rəcəb ayrı-ayrı sakinlərin yaşadıqları ünvanlara gedərək seçicilərlə tanış olub, onların gözləntiləri və problemlərini dinləyib.

Yanvarın 21-də Pirallahı qəsəbəsində seçiciləri ilə görüşdə özünün seçkiqabağı platforması ilə bağlı məlumat verən Səbuhi Rəcəb vətəndaşları səsvermə günü seçki məntəqələrinə gələrək səsvermədə fəal iştirak etməyə səsləyib. O, 9 fevral seçkilərində layiqli namizədin qalib gələcəyinə ümidvar olduğunu qeyd edərək millət vəkili mandatının böyük məsuliyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə iştirak edən sakinlərin bir qismi Səbuhi Rəcəbin ölkədə idmançılar üçün gördüyü işləri yüksək qiymətləndiriblər. Toplaşanlar Səbuhi Rəcəbin xeyriyyəçilik fəaliyyəti ilə bağlı məlumata malik olduqlarını, onun Azərbaycan Qızılı Aypara Cəmiyyəti vasitəsilə Xəzər rayonundakı imkansız insanlara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Pirallahı qəsəbəsində yaş və sağlamlıq durumu ilə bağlı görüşdə iştirak edə bilməyən seçicilərin yaşadıqları ünvanlara gedən Səbuhi Rəcəb onlarla tanış olub, problemlərini dinləyib.

Deputatlığa namizəd Pirallahıda yaşayış və iş üçün yaxşı şəraitin yaradıldığını, lakin bəzi kommunal problemlərin tam aradan qaldırılması üçün işlərin davam etdirilmısinin zəruriliyini qeyd edərək bu kimi məsələlərdə sakinlərə dəstək verəcəyini bildirib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR