Son günlər Suriyada döyüşlərdə 6 Azərbaycan vətəndaşı öldürülüb

img

17-09-2013 [13:02]



Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq mücahid həlak olub. APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Həlak olanlar "Nüsra Cəbhəsi"nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var.

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə "Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən "Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.

Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA