KƏMALƏDDİN HEYDƏROVUN DEPUTAT DOSTU və PARTİYA SƏDRİ EYNİ GÜNDƏ SEÇKİDƏN ÇƏKİLDİ: "Peşman oldum..." - 44 saylı dairədə nə baş verir?

img

24-01-2020 [10:43]


Xəbər verdiyimiz kimi, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

Mia.az-ın məlumatına görə, Hacı Salayev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib:  “Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib: “Haqqımda nahaq yazan jurnalistlərdən bir xahişim var. Həmin yazıları pozsunlar”.

Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.

Onun qardaşı Baba Salayev isə general rütbəsi ilə FHN-nin Akademiyasının rəisidir. 

Deputatın özü və övladlarının biznesi haqda da zaman-zaman mətbuatda yazılar gedib.

Mia.az-ın məlumatına görə, bu dairədən namizəd olan Yurddaş Partiyasının sədri də Mais Səfərli də  namizədliyini geri götürüb. Onun da Hacı salayevlə eyni gündə namizədliyini geri şəkməsi ortaya xeyli açıq suallar buraxıb. 

Onu da qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsində YAP rəsmi olaraq Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Məmmədov Müşviq Fazil oğlunu dəstəkləsə də, aydın olur ki, bu dairədə partiyanın rəsmi qərarına indidən məhəl qoyulmayıb. Belə ki, bu dairədən öz təşəbbüsü ilə seçkiyəq qatılan daha 6 YAP-çı var.

Bundan başqa, bu dairədən Ümid Partiyasının icra aparatının sədri Taleh Əliyev, "AZƏRBAYCAN DƏMİRYOLLARI" QSC hüquq şöbəsinin rəisi Əzimağa İbarimov, “168 saat” qəzetinin baş redaktoru Vasif Yolçuyev, VHP-li jurnalist Nəsimi Şərəfxanlı və digər iddialı namizədlər də yarışdadırlar.

Hətta bir çox siyasi ekspertlər 3 gün əvvələ qədər düşünürdü ki, nazir K.Heydərov ən sadiq adamı kimi Hacı Salayevin bu dəfə də parlamentə düşməsi və onun oradakı təmsilçilərindən biri olması üçün bütün gücü ilə çalışacaq. Buraya biznesmen deputatın  maddi kapitalını da əlavə edərək, onun qələbəsini qabardırdılar. Lakin gözlənilənlər olmadı. Belə ki,  deputat Hacı Salayev yanvarın 23-də seçki yarışından çəkildiyni bəyan edib. 

Beləliklə, iki şanslı şəxsin  namizədliyini geri çəkməsindən sonra dairədə maraqlı situsiya yaranıb. İrəlilələyən günlərdə bu dairədən iqtidarın kimə "işıq yandırması"nın konturlarını müəyyən etmək olacaq. Bəzi ekspertlər bu dairədən də Cavid Qurbanovun kadrı "AZƏRBAYCAN DƏMİRYOLLARI" QSC hüquq şöbəsinin rəisi Əzimağa İbarimovun parlamentdə mandat qazanması üçün hər şey edildiyini iddia edirlər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq