HƏKİMLƏRİN MAAŞLARI İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Artım məbləğləri + CƏVDƏL
23-01-2020 [16:02]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən Mia.az-a verilən məlumata görə, qaydaya əsasən, tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Həmin əlavələr aşağıdakı növlərdən ibarətdir:
sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
ixtisas dərəcəsinə görə əlavə;
fasiləsiz əmək stajına görə əlavə;
gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.
Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir:
İxtisasın/vəzifənin adı | Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği |
Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri | 100 manat |
Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla) | 200 manat |
Provizor vəzifəsi üzrə çalışan həkimlər | 260 manat |
Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər | 300 manat |
Həkim-laborant ixtisası üzrə çalışan həkimlər | 340 manat |
Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər | |
“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim | 480 manat |
Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər | |
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq | |
Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim | 570 manat |
*Bundan əlavə, bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. |
Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
İxtisasın və ya vəzifənin adı | Yuxarı kəmiyyət həddi | İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği |
Terapevtik və pediatrik ixtisaslar üzrə çalışan həkimlər | Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması | Tətbiq edilən tarifin 7%-i həcmində |
Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 20%-i həcmində | |
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: 60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması | 10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat | |
Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər | Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması | İxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində |
Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində | ||
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 15%-i həcmində | |
Cərrahi ixtisaslar üzrə çalışan asistent həkimlər | Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: 60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsi | Tətbiq edilən tarifin 3%-i həcmində |
Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 3%-i həcmində | |
Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər | Həkim fəaliyyəti üzrə hər anesteziyaya görə aparılmış əməliyyatlar üçün hədd: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 5%-i həcmində |
Neonatologiya bölməsində çalışan həkimlər | Stasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana görə təqvim ayı həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 7%-i həcmində |
Terapevtik və cərrahi ixtisaslar üzrə çalışan həkimlər | Sığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı həkim müayinəsi üçün iş günü həddi: Hədd müəyyən edilmir | Tətbiq edilən tarifin 15%-i həcmində |
Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi prosedur və əməliyyatlar üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir | Tətbiq edilən tarifin 30%-i həcmində | |
Həkim-stomatoloq ixtisası üzrə çalışan həkimlər | Həkim üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir | Tətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra |
Struktur bölmə rəhbəri vəzifəsində çalışan həkimlər | Müvafiq tibbi xidmətlərin göstərilməsi nəticəsində verilən arayışlara (obliqat qrupların dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və tibbi çıxarışlara görə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 5%-i həcmində |
Ultrasəs müayinə üzrə çalışan həkimlər | Həkim üçün iş günü üzrə hədd: 22 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması | Tətbiq edilən tarifin 8%-i həcmində |
EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər | Həkim üçün iş günü üzrə hədd: 10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması | Tətbiq edilən tarifin 10%-i həcmində |
MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə çalışan həkimlər | Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 8%-i həcmində |
KT (Kompyuter tomoqrafiya) üzrə çalışan həkimlər | Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 10%-i həcmində |
Rentgen, Mamoqrafiya və Flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər | Həkim üçün iş günü həddi: 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması | Tətbiq edilən tarifin Rentgen və Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində |
Həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər | EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 10%-i həcmində |
Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkimlərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.
Ermənistanda daha 351 nəfər koronavirusa yoluxub
Sumqayıtda ər arvadını boğaraq öldürüb
Rusiyada daha 23586 nəfərdə koronavirus aşkarlanıb
Təhsillə bağlı növbəti həftə qərar veriləcək - Emin Əmrullayev tədrisin təşkili ilə bağlı yeni qaydaları açıqlayacaq
MN-də iki səyyar qrup yaradılıb - Qarabağ döyüşçüləri ilə bağlı
MN rəsmisi: "Komissiyaya “veteran adı” və yaxud “veteran kitabçası"nın verilməsi səlahiyyəti verilməyib”
Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq
Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb
Pompeo: "Koronavirus Çinin laboratoriyasında yaranıb"
ABŞ polisi Kapitoliyə daxil olmaq istəyən şəxsi saxlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rusiya MN-dən Qarabağla bağlı yeni - Açıqlama
Azərbaycanda COVID-19-la bağlı Vaksinasiya Strategiyası təsdiqləndi - Sərəncam + DETALLAR
İrandan yeni həmlə: ordu ballistik raketləri sınaqdan keçirib
Türkiyədə COVİD-19: son gündə daha 7550 nəfərdə aşkarlanıb
Prezident İlham Əliyevlə Ərdoğan telefonda danışıb - Qarabağla bağlı nələr müzakirə olunub?
Ağstafada "Mercedes”lə “VAZ” toqquşdu: ölən var
MHP liderindən Şuşa mesajı: "Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir"
Hirkan Milli Parkındakı yanğını davam edir
Merkelin postuna namizəd bəlli oldu - FOTO
Azərbaycanda daha 402 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Qarabağda itkin düşən daha iki erməni hərbçinin meyiti tapılıb
Bakıya sərnişin daşıyan sürücüyə 8 sutka cəza verildi
Azərbaycan Ermənistana qarşı iddia ərizəsini Avropa Məhkəməsinə göndərdi - TƏFƏRRÜAT
Prezident İlham Əliyevdən sərəncam: “Azərlotereya” türk şirkətinin idarəetməsinə verildi
Müdafiə Nazirliyi Ağdamdan yeni görüntülər yaydı - VİDEO
Biləsuvarda su kanalında batan qadının meyiti tapılıb
Rayonlararası sərnişindaşıma haqda qadağanın müddəti uzadıldı - Hökumət sözçüsü yeni açıqlama yaydı
Polis postları nə vaxt ləğv olunacaq? - DYP-dən açıqlama
Mexaniki-elektron sayğaclar artıq sərfiyyat qeydə alır? - "Azəriqaz" açıqlama yaydı
İranda daha 6100 nəfər koronavirusa yoluxub
DYP-dən hava ilə bağlı sürücülərə - Xəbərdarlıq
ƏN ÇOX BAKIDA YOLUXMA VAR... - Azərbaycanda koronavirusun daha çox yayıldığı bölgələrin SİYAHISI
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib
Daha bir şəhid Saatlıda dəfn edilib
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb
Müdafiə Nazirliyi Füzulidən görüntülər yaydı - VİDEO
Sabahın hava proqnozu açıqlandı
Trampın “Facebook” və “İnstagram”dakı səhifələri yenidən açılıb
Gəncədə COVİD-19 xəstələri saxlanıldı
Bakıya və rayonlara qar yağacaq - Xəbərdarlıq