Azərbaycan və Uruqvay XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib
23-01-2020 [13:00]
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, E.Məmmədyarov məktubunda Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Rodolfo Nin Novoanı təbrik edib. Məktubda Elmar Məmmədyarov ötən 25 il ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr də daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu bildirib. Qeyd olunub ki, 2014-cü ildən etibarən Uruqvayda Azərbaycanın daimi diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi ikitərəfli münasibətlərin daha da inkişafına yardım edib. E.Məmmədyarov Azərbaycanda da Uruqvayın diplomatik nümayəndəliyinin təsis olunmasının müxtəlif sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın daha çox inkişafına təkan verə biləcəyini vurğulayıb.
Təbrik məktubunda Uruqvay Şərq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair həmin ölkənin Xarici İşlər Nazirliyinin 26 aprel 2019-cu il bəyanatında əks olunmuş mövqeyi yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu ifadə edib.
Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa azərbaycanlı həmkarına ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.
Rodolfo Nin Novoa ötən ilin may ayında Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində həmkarı Elmar Məmmədyarovla keçirilmiş görüşə istinadən qeyd edib ki, hazırki mərhələdə ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədə davam etməkdədir. Ölkələr arasında mövcud olan münasibətlər xalqlarımız arasında ortaq dəyər və prinsiplərə əsaslanan və inkişaf edən dostluğu, eyni zamanda gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrimizi dərinləşdirmək üçün açılacaq imkanları nümayiş etdirir.
Nazir Rodolfo Nin Novoa habelə qeyd edib ki, Azərbaycan bundan sonra da xalqlarımızın rifahı naminə konstruktiv, praqmatik və məsuliyyətli fəaliyyətin davam etdirilməsi yoluna Uruqvayın sadiq qalacağına əmin ola bilər.
Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlər 11 yanvar 1995-ci ildə qurulmuşdur.
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək