Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək - Bu tarixdə
23-01-2020 [12:30]
Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək.
Heydər Əliyev Mərkəzindən Mia.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb.
O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.
Dayan Rivs, həmçinin Corc Kluninin altı “Oskar” qazanmış “Gecəniz xeyrə və uğurlar” (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə “Qremmi”yə layiq görülüb.
Onun sonuncu “Gözəl həyat” (“Beautiful Life”) albomu da 2015-ci ildə “Qremmi” alıb.
Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub.
Dayan Rivs Los Anceles Filarmoniyasının caz üzrə ilk bədii rəhbəri və məşhur Uolt Disney konsert zalında çıxış edən birinci vokalist olub.
O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə – “Caz ustası” (“Jazz Master”) adına layiq görüb.
Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı