PREZİDENT ERKƏN SEÇKİNİN LABÜDLÜYÜNDƏN DANIŞDI: "Məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi"

img

23-01-2020 [12:26]


Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib.

Mia.az istindala xəbər verir ki, Prezident panelin moderatorunun ölkəmizdəki islahatlarla bağlı suallarını da cavablandırıb, parlamentdə də islahat olacağının anonsunu verib.

Prezidentin xüsusən hazırda davam edən parlament seçkilərlə bağlı cavabı böyük maraqla sosial şəbəkədə paylaşıldığından, həmin hissəni ayrıca təqdim edirik:

Moderator: Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz.

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR