"Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti..." - Mehriban Əliyeva teleaparıcını belə təbrik etdi

img

23-01-2020 [11:51]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstagram" səhifəsində TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana təbrik ünvanlayıb.

Mia.az həmin təbriki təqdim edir:

“Bu gün TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur.

Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR