Qazaxda seçki qalmaqalı: icra başçısının nümayəndəsi işdən çıxarılıb?

img

22-01-2020 [19:19]


Modern.az-ın əldə etdiyimiz məlumata görə, Qazax rayonunun Ağköynək kənd icra nümayəndəsi Aydın Hacıyev seçkilərə müdaxilə etmədiyinə görə işdən çıxarılıb.

Məlumatı Ağköynək kəndinin sakinləri bildirib.

Sayt xəbəri dəqiqləşdirmək üçün Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Svetlana Qurbanova bu barədə məlumat vermək istəmədi: “Bu barədə sizə heç bir məlumat verə bilmərəm”.

İşdən çıxarıldığı deyilən icra nümayəndəsi Aydın Hacıyev isə bu məsələnin marağında olmadığını diqqətə çadırdı.

O, hadisənin baş verdiyini inkar etmədi: “Hələlik bir şey yoxdur. Mətbuat bununla maraqlanırsa, Qazax rayonuna gəlin, işıqlandırın.  Hələlik işdən çıxmaqla bağlı bir problemim yoxdur. Çıxası olsam, öz ərizəmlə işdən çıxacağam. Heç kim məni işdən çıxarmaz”.

Qeyd edək ki, məlumatda deyilir ki, deputatlığa namizədlərdən biri yanvarın 18-də rayonun Ağköynək kəndində görüş keçirməyə çalışıb. Kənd sakinləri etiraz ediblər və və belə bir adama səs verməyəcəklərini deyiblər.

Bu xəbər Qazax rayon icra hakimiyyətinə çatan kimi icra nümayəndəsi Aydın Hacıyev qəbula çağırılıb. Baş vermiş hadisəyə görə üzr istəməsini və yenidən görüş təşkil etməsini tələb ediblər. Bunları etməyəcəyi təqdirdə işdən kənarlaşdırılacağı bildirilib. Aydın Hacıyev isə bu göstərişdən imtina edib”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 23.02.2020

Sabah hava necə olacaq?