"Onun-bunun ərinə, arvadına atmacalar atmaqla..." -Tolik deputat olmaq istəyən müğənniləri Üzeyirlə müzakirə çıxardı

img

22-01-2020 [15:32]


Müğənni Üzeyir Mehdizadə prodüsser Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Tam Səmimi” verilişində qonaq olub. 

Yenisabah.az xəbər verir ki, Tolik veriliş zamanı deputatlıq eşqinə düşən  müğənniləri “ağ yuyub, qara sərib” və bu barədə Üzeyirin də fikirlərini öyrənməyə çalışıb:

“Bir çox müğənnilərimiz istəyir. Düzdür, deputat olmaq hər bir vətəndaşın hüququdur. Səncə, Milli Məclis şou-biznesin yeridirmi? Burada bir-biri ilə yola getmirlər. Onun-bunun həcisinə, ərinə, arvadına atmacalar atmaqla, təlxək-təlxək videolarının çıxmağı ilə Milli Məclisdə 125 yerdən birində oturub Azərbaycanın müqəddəratını həll edə biləcəklərmi?”

Ü.Mehdizadə isə onun fikirləri ilə razılaşmayıb:

“Yox,  demək olmaz ki, şou-biznesdə belə bir adam yoxdur. Çünki ola da bilər. Kimlər namizədliyi  irəli sürüb mənim xəbərim yoxdur.  Hamı bir şeyi istəyə bilər, amma nəticəni əldə etmək lazımdır. Mən fikirləşirəm ki, niyə də olmasın? Elə sənətkarlarımız var ki, incəsənətdən başqa da ali savadları  var. Şəxsən mənə təklif edilsəydi, qəbul etməzdim, mən özümü orada görmürəm. Birincisi, anlayışım yoxdur. İkincisi, mən hər bir vəzifəni özümə böyük bir məsuliyyət bilirəm. Bu gün mənim mahnı oxumağım, Azərbaycanı hansısa ölkədə təmsil etməyim mənim üçün vəzifədir”.

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR