Pompeo Lukaşenko ilə görüş üçün Belarusa gedəcək - Bu tarixdə

img

22-01-2020 [15:24]


ABŞ-ın dövlət katibi Mayk Pompeo fevralın 1-də Belarusa səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin bu ölkəyə ilk dəfə səfər edəcəyini bildirib.

Qeyd edək ki, dövlət katibi M.Pompeonun yanvarın 29-30-da Londona, 30-da Kiyevə, fevralın 1-də isə Minskə səfəri nəzərdə tutulur.

Bundan əvvəl ABŞ dövlət katibinin Belarusa səfəri yanvarın 4-nə təyin olunsa da, Orta Şərqdəki hadisələrlə əlaqədar təxirə salındı.

Digər xəbərlər
SON XƏBƏRLƏR