“Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın" - MSK bülletenlərin nə vaxt çap ediləcəyini açıqladı

img

22-01-2020 [11:46]


“Mərkəzi Seçki Komissiyası artıq Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bülletenlərin çapı ilə bağlı addımlar atmağa başlayıb”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, yaxın günlərdə bülletenlərin çapına başlanılacaq.

Onun sözlərinə görə, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər:

“Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusi keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsndə namizədlərin müəyyən qədəri öz namizədləriklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qisim namizədliyini geri götürsə də, hazırda bir yerə 10-12 namizəd var. Fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər. 19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadır”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR